20 sentyabr 2022, 17:00

Emin Xudiyevdən, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin komandanlığınızla rəşadətli Ordumuzun doğma Qarabağımızın işğaldan azad olunması üçün göstərdiyi şücaət, Vətən müharibəsində qazandığımız tarixi Qələbə bu gün dillər əzbəridir. Torpaqlarımızın azad edilməsi xalqımızda böyük sevinc və çox yüksək əhval-ruhiyyə yaratdı. Bu gözəl hissləri bizə bəxş etdiyinizə görə Sizə minnətdarıq.

Cənab Prezident, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində atdığınız qətiyyətli addımlara görə Ana Vətən Partiyası Salyan rayon təşkilatı adından Sizə dərin minnətdarlığımızı bildiririk. Sizə uzun ömür, cansağlığı və gələcək işlərinizdə uğurlar arzulayırıq.

Allah Sizi və dövlətimizi qorusun!

Hörmətlə,

Xudiyev Emin Mürşüd oğlu

Azərbaycan Respublikası, Salyan rayonu, Qarabağlı kəndi.