Aydan Məmmədzadədən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin cəsarətiniz, qətiyyətli mövqeyiniz sayəsində bu gün Azərbaycan dövləti dünya ölkələri arasında söz sahibinə çevrilib. Ölkəmizin gücü, qüdrəti göz önündədir. Biz çox xoşbəxt xalqıq ki, Sizin kimi bütün həyatını və fəaliyyətini dövlətinə, xalqına xidmət etməyi qayəsinə çevirmiş, güclü, bacarıqlı, qətiyyətli, beynəlxalq arenada sözünü deyən liderimiz var.
Hörmətli Prezident, Sizin rəhbərliyinizlə müzəffər Ordumuz düşmənin başını əzərək ona hər zaman öz layiqli yerini göstərmişdir.
Ermənistanın son təxribatları zamanı bunun bir daha şahidi olduq. Düşmən “Dəmir yumruğun” yerində olduğunu növbəti dəfə gördü.
Biz Sizinlə qürur duyuruq, Sizi dəstəkləyirik.
Ulu Tanrı köməyiniz olsun!
Hörmətlə,
Məmmədzadə Aydan Ziya qızı
Azərbaycan Respublikası, Bakı şəhəri.