21 sentyabr 2022, 11:44

Sara Əzimovadan, Naxçıvan, Azərbaycan

Hörmətli cənab Prezident.

Bütün naxçıvanlılar adından müraciət edərək bildirmək istəyirəm ki, Sizi səmimi qəlbdən dəstəkləyir, Vətənimizin azadlığı naminə atılan bütün addımları alqışlayırıq.

Sizin də dediyiniz kimi, biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq və yaradacağıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır.

Azərbaycan vətəndaşlarına yaşatdığınız sevinc və qürur hissinə görə Sizə minnətdarıq.

Doğma Azərbaycanımızın bütövlüyü naminə dövlətimizin və Sizin yanınızdayıq.

Allah Sizi və qüdrətli Ordumuzu qorusun.

Hörmətlə,

Əzimova Sara Nurəddin qızı

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.