06 sentyabr 2012, 10:50

Zikrət Hüseynovdan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident!

Azərbaycanın bütün vətəndaşları kimi biz də həmyerlimiz Ramil Səfərovun azadlığa buraxılmasını böyük sevinc hissi ilə qarşıladıq. Bu, ölkəmizin xarici siyasətinin növbəti uğurlarından biri olmaqla bərabər Sizin rəhbərliyinizlə Azərbaycanın beynəlxalq nüfuzunun, ölkə siyasətinin göstəricilərindən biridir. Bütün bunlara görə Sizə təşəkkür edirik. Əminik ki, Sizin rəhbərliyiniz altında işğal olunmuş torpaqlarımız tezliklə azad ediləcəkdir.

Hörmətlə,

Zikrət Hüseynov,

Gəncə şəhər onkoloji xəstəxanasının baş həkimi.
Azərbaycan Respublikası, Gəncə şəhəri.