21 sentyabr 2022, 14:10

Rəşad Həsənovdan, Astara, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin uzaqgörən siyasətiniz və ordu quruculuğu sahəsində apardığınız uğurlu islahatların nəticəsi olaraq 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandıq. Bu Qələbə ilə xalqımızın 30 illik Qarabağ həsrətinə son qoyuldu. Eyni zamanda, Ermənistanın güclü ordusunun olması ilə bağlı illər idi ki, yaradılmış mif darmadağın oldu. Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin bu yaxınlarda törətdiyi təxribatlara da layiqli cavab verdi. Düşmən “Dəmir yumruğun” yerində olduğunu növbəti dəfə gördü.

Cənab Prezident, bu gün qabaqcıl ölkələrin hərbi məktəblərində Sizin rəhbərliyinizlə bizə şanlı Zəfər bəxş edən müzəffər ordumuzun döyüş təcrübəsi öyrənilir. Biz Sizinlə və tarix yazan yenilməz Ordumuzla qürur duyuruq.

Mən ehtiyatda olan polkovnik kimi hər an döyüş əmrinizə hazıram.

Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Həsənov Rəşad Əlövsət oğlu,

Vətən müharibəsi iştirakçısı.

Azərbaycan Respublikası, Astara rayonu.