Rauf Nağıyevdən, Sumqayıt, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizin uğurlu xarici siyasətiniz Azərbaycanı beynəlxalq aləmdə nüfuzlu ölkələrdən birinə çevirib. Respublikamızda həyata keçirilən islahatlar isə daxili siyasətinizin prioritet istiqamətlərindəndir. İnsanların rifahının daha da yaxşılaşdırılması, sosial müavinətlərin, təqaüdlərin artırılması, vətəndaşların özünüməşğulluq proqramına cəlb olunması bunun bariz nümunəsidir.
Cənab Prezident, Sizin rəhbərliyinizlə ölkəmizdə ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Vətən müharibəsində qazanılan Qələbə ilə bunun bir daha şahidi olduq. Ötən 30 il ərzində beynəlxalq hüququn edə bilmədiyini müzəffər Ordumuz 44 günün içində həll etdi. Məhz görülən işlərin nəticəsidir ki, gündən-günə güclənən Ordumuz düşmənin törətdiyi son təxribatların qarşısını da yüksək peşəkarlıqla aldı.
Siz dəfələrlə çıxışlarınızda demisiniz ki, Azərbaycan güclü dövlətdir və güclü Ordusu var. Bu gün artıq bütün dünya buna şahiddir. Bizə qalib xalq olaraq bu cür qürurverici hisslər yaşatdığınıza görə Sizə sonsuz minnətdarlığımızı bildiririk. Hər zaman Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik.
Ulu Tanrı Sizi və xalqımızı hifz etsin!
Hörmətlə,
Nağıyev Rauf Ədalət oğlu
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.