06 sentyabr 2012, 10:55
Mətanət Qarayevadan, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident!
Azərbaycanın mərd və mübariz oğlu Ramil Səfərovun ömürlük həbs cəzasından azad olunması ilə bağlı eşitdiyimiz xəbər kollektivimiz tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Qazanılmış bu böyük uğura, Azərbaycanın şərəf və ləyaqətinin qorunmasına göstərdiyiniz əvəzsiz diqqət və qayğıya görə Sizə Gəncə təhsil işçiləri adından minnətdarlığımızı bildiririk.
Zati-aliləri, bu sevinc təkcə Ramil Səfərovun ailəsinin deyil, bütün Azərbaycanın sevincidir.
Hörmətlə,
Gəncə şəhər 1 nömrəli tam orta məktəbin kollektivi adından
Mətanət Qarayeva.
Azərbaycan Respublikası, Gəncə şəhəri.