22 sentyabr 2022, 14:13
İbrahim Kərimovdan, Sabirabad, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizin və qəhrəman əsgərlərimizin Vətən yolunda şücaəti xalqımızı və şəxsən məni yeni zəfər xəbərlərinə ruhlandırır.
Dar gündə Vətənin müdafiəsinə qalxmağı öz müqəddəs borcumuz hesab edirik. Sizə olan inamımız və sevgimiz sarsılmazdır, tükənməzdir. Nə yaxşı ki, Azərbaycanın Sizin kimi Ali Baş Komandanı vardır.
Biz Sizinlə fəxr edirik. Allah Sizi, xalqımızı və Ordumuzu qorusun!
Hörmətlə,
Kərimov İbrahim Asif oğlu
Azərbaycan Respublikası, Sabirabad rayonu.