23 sentyabr 2022, 14:45

Ellada Umudludan, Bakı, Azərbaycan

Qalib Ordumuzun Sərkərdəsi, yenilməz Ali Baş Komandanımız.

1993-cü ildən 2007-ci ilə qədər "Səngər" müəllif proqramını ön cəbhədən hazırlayıb AzTV-də efirə vermişəm. İllərlə hər verilişin sonunda: "Gün o gün olsun, Ali Baş Komandanımızın başçılığı ilə torpaqlarımızı erməni işğalından azad edək!"-demişəm.

Bu gün artıq Laçında da bayrağımız dalğalanır. Bu qələbə sevincini, bu qürur hissini Siz və Sizin komandanı olduğunuz Ordumuzun sayəsində yaşayırıq.

Var olun!

Hörmətlə,

Umudlu Ellada Şirin qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.