23 sentyabr 2022, 16:20
Fərid Şərifovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Siz atdığınız bütün addımlarla daim sübut edirsiniz ki, hər bir azərbaycanlının Prezidentisiniz. Vətəndaşlarımızın rifahının yaxşılaşması daim Sizin diqqətinizdədir.
Düşünülmüş siyasətiniz və qətiyyətli mövqeyiniz sayəsində Azərbaycan daha da güclənib və dünya ölkələri sırasında layiqli yerini tutub.
Cənab Prezident, mən bir qazi oğlu olaraq şəhid ailələrinə, qazilərə göstərdiyiniz diqqətə görə Sizə təşəkkür edirəm. Sizinlə qürur duyur, uğurlu siyasətinizi dəstəkləyirik. İnanırıq ki, Sizin rəhbərliyinizlə respublikamız hər zaman zirvələrdə olacaq.
Yaşasın Müzəffər Ali Baş Komandan!
Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Şərifov Fərid Şərif oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri.