23 sentyabr 2022, 17:00

Elnarə Abasovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sürətlə inkişaf edən Azərbaycanın əldə etdiyi uğurlar hər bir azərbaycanlını qürurlandırır. Qazanılan uğurların əsasını ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Sizin uğurla davam etdirdiyiniz düşünülmüş siyasət təşkil edir.

Məhz bu siyasətin nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Uca Allahdan bu yolda şəhid olan qəhrəmanlarımıza rəhmət, Sizə isə cansağlığı, uzun ömür, mənfur düşmənlərlə mübarizədə səbir və qüvvət diləyirəm.

Siz çox gözəl insan, qətiyyətli, səriştəli Prezident və müdrik siyasi xadimsiniz. Bu ifadələr qəlbimin ən dərin guşəsində keçirdiyim hisslər və məntiqi düşüncəmlə səsləşir.

Azərbaycan xalqı əmindir ki, qüdrətli qalib Ordumuz Sizin rəhbərliyinizlə düşmənin istənilən təxribatının qarşısını uğurla alacaqdır.

Hörmətlə,

Abasova Elnarə Müzəffər qızı

Azərbaycan Respublikası, Bakı şəhəri.