23 sentyabr 2022, 19:10
Tahir Balakişiyevdən, Cəbrayıl, Azərbaycan
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.
Azərbaycan xalqı çox xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi Ümummilli Lideri olub və onun da Sizin kimi varisi vardır.
İstər İkinci Qarabağ müharibəsində əldə edilən Qələbə, istərsə də son günlərdə təxribatçı düşmənə verilən “dərs” əsl Azərbaycan sərkərdəsinə layiq uca və şərəfli bir işdir.
Mən ehtiyatda olan zabit, eyni zamanda, bir vətəndaş olaraq, Sizə inanır və Sizi hər zaman dəstəkləyirəm. Ordu sıralarına qayıdıb bu haqq mübarizəsində iştirak etməyə həmişə hazıram. Bu, mənim vətəndaşlıq borcumdur.
Allah Sizi qorusun.
Hörmətlə,
Balakişiyev Tahir Oruc oğlu
Azərbaycan Respublikası, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndi