23 sentyabr 2022, 19:30
Salam Əliyevdən, Zaqatala, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən şəxsən Sizinlə, apardığınız uğurlu xarici siyasətinizlə qürur duyuram. Öz adımdan bildirmək istəyirəm ki, Sizi səmimi qəlbdən dəstəkləyir, Vətənimizin azadlığı, suverenliyi naminə atılan bütün addımları alqışlayıram. Sizin də dediyiniz kimi, biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq və yaradacağıq.
Laçına səfərinizi heyranlıqla və böyük sevinclə izlədik. Allaha şükürlər olsun ki, bu günləri görmək bizə nəsib oldu. Artıq, Laçın şəhərinin mərkəzində Azərbaycan Bayrağı dalğalanır.
Sizə minnətdarıq, Müzəffər Ali Baş Komandan.
Hörmətlə,
Salam Əliyev
Azərbaycan Respublikası, Zaqatala rayonu, Muxax kəndi