24 sentyabr 2022, 11:15
Əli Aslanovdan, Şabran, Azərbaycan
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.
Sizi rayonumuzun sakinləri adından salamlayır, Sizə uzun ömür, möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm.
Siz vətəndaşların qayğısına qalırsınız, hər zaman xalqın yanındasınız. Şəhid ailələrinin və müharibə əlillərinin problemlərinin həlli də daim Sizin diqqət mərkəzinizdədir. Sizin tapşırıqlarınıza uyğun olaraq, dövlətimiz tərəfindən bu kateqoriyadan olan vətəndaşlara lazımi kömək göstərilir.
Allah Sizi qorusun, cənab Prezident.
Hörmətlə,
Əli Aslanov
Azərbaycan Respublikası, Şabran şəhəri.