24 sentyabr 2022, 16:12

Aytac Abbasovadan, Abşeron, Azərbaycan

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin Laçın, eləcə də işğaldan azad edilmiş ərazilərlə bağlı tapşırıqlarınızın birinci olaraq təhsil müəssisələrinin inşa edilməsi ilə bağlı olması təhsil işçilərini qürurlandırdı və sevindirdi.

Laçın rayonu, M.B.Səfərov adına Qozlu kənd tam orta məktəbinin təhsil işçiləri adından Sizə dərin təşəkkürümüzü bildiririk.

Böyük Qayıdışla təhsilimiz Qarabağa qayıtmağa həmişə hazırdır.

Allah Sizi və azad Azərbaycanımızı qorusun.

Hörmətlə,

Abbasova Aytac Hicran qızı

Azərbaycan Respublikası, Abşeron rayonu.