24 sentyabr 2022, 14:31

İradə Həsənova və başqalarından, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

44 günlük Vətən müharibəsində göstərdiyiniz qətiyyətli mövqe və düzgün siyasətiniz, son günlərdə erməni təxribatlarına Sizin və müzəffər Ordumuzun verdiyi tutarlı cavablar bizi daha da ruhlandırdı. Ölkənin lideri xalqın çətin günündə tanınır və tarixə düşür. Siz və rəşadətli Ordumuz təkcə tarix yazmadınız, eyni zamanda, tarixin özü oldunuz. Bu qələbə sevincini bizə qanları, canları bahasına yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.

2022-ci il sentyabrın 21-də üçrəngli bayrağımızı Laçın şəhərində ucaltdığınıza, bu sevinci biz laçınlılara yaşatdığınıza görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Cənab Prezident, Siz öz dədə-baba torpaqlarına qovuşmağı böyük həsrətlə gözləyən biz laçınlıların arzusunu yerinə yetirdiniz. Ulu Tanrıdan Sizə güc-qüvvət, möhkəm cansağlığı arzu edirik. Allah Sizi, Ordumuzu və Vətənimizi qorusun.

Azərbaycan Sizinlə güclənir və güclənəcək. Daim Sizin və dövlətimizin yanındayıq.

Laçın rayon qadınları adından hörmətlə,

Həsənova İradə Hətəm qızı

Uğurlu Şəbnəm Tofiq qızı

Məmmədli İlhamə Sadiq qızı

Məhərrəmova Sədaqət Naib qızı

Yusifova Şamam Kərim qızı

Azərbaycan Respublikası, Ağcabədi rayonu.