Laçın rayonunun səhiyyə işçilərindən, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizin döyüş meydanında və beynəlxalq siyasi müstəvidə nümayiş etdirdiyiniz qətiyyət sayəsində 44 günlük Vətən müharibəsində rəşadətli ordumuz xalqımıza Qələbə bəxş etdi. 30 il düşmən tapdağında inləyən əzəli və əbədi torpaqlarımızın azad olunmasına, ata-babalarımızın nigaran ruhlarının rahatlıq tapmasına görə Sizə sonsuz təşəkkürümüzü bildiririk.
Möhtərəm Prezident, ölkəmizin ən dilbər guşələrindən olan doğma Laçınımızda bayrağımızın ucaldılması, Laçın şəhəri, Zabux və Sus kəndlərində məskunlaşmanın başlanması üçün verdiyiniz göstərişlər bizdə sonsuz sevinc və qürur hissi yaratmışdır.
Səhiyyə işçiləri olaraq tezliklə öz dədə-baba yurdumuzda Sizin və Birinci vitse-prezident Mehriban xanımın iştirakı ilə açılacaq tibb müəssisələrində işimizə davam edəcəyimiz günü səbirsizliklə gözləyirik.
Cənab Prezident, Uca Allahdan Sizə cansağlığı diləyir, ümummilli lider Heydər Əliyev siyasətinin davamçısı kimi Azərbaycanımızın çiçəklənməsi yolunda yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Laçın rayon səhiyyə işçiləri adından:
İbadova Güllü Haqverdi qızı
İsayev Şakir Şura oğlu
Əhmədov Zahid Surxay oğlu
Axundov Hatəm Məcid oğlu
Cəbrayılov Orxan Əfqan oğlu
Azərbaycan Respublikası, Ağcabədi rayonu.