Məhyəddin İmamverdiyevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin sentyabrın 21-də Laçın şəhərinin mərkəzində Azərbaycan Bayrağını ucaltmağınız tariximizə qızıl hərflərlə yazılan daha bir mühüm hadisədir. Laçın şəhərinin mərkəzində qürurla addımlamağınız düşmənə növbəti mənəvi zərbə oldu. Siz Laçın şəhərindən öz mövqeyinizi bütün dünyaya bir daha bəyan etdiniz. Laçınlıları Laçın şəhərindən təbrik etməyiniz bizə sözlə ifadə edilə bilməyən gözəl hisslər yaşatdı. İnanırıq ki, gələn il laçınlılar Sizi Laçın şəhərinin mərkəzində böyük təntənə ilə qarşılayacaq, Sizə və Mehriban xanıma ürək sözlərini çatdıracaqlar.
Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Hörmətlə,
İmamverdiyev Məhyəddin Vəliş oğlu
Laçın rayonundan keçmiş məcburi köçkün
Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu.