24 sentyabr 2022, 12:38

Laçınlı mədəniyyət işçilərindən, Ağcabədi, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

44 günlük Vətən müharibəsində, istər döyüş meydanında qazanılan parlaq Qələbə, istərsə də daxili və xarici auditoriyaya hesablanan qətiyyətli siyasi adddımlarınız və diplomatik uğurlarınız qədirbilən xalqımızın digər nümayəndələri kimi, Laçın rayon mədəniyyət işçiləri tərəfindən də böyük coşqu və ruh yüksəkliyi ilə qarşılandı.

Tarixi Qələbədən ötən qısa zaman kəsiyində bu bölgəyə artıq dördüncü səfərinizi laçınlılara böyük diqqət və qayğınızın məntiqi nəticəsi hesab edirik.

İnanırıq ki, erməni vandalları tərəfindən dağıdılan bütün mədəniyyət müəssisələrimiz rəhbərliyinizlə yenidən tikilib istifadəyə veriləcək.

Laçınlı mədəniyyət işçiləri şərəfli fəaliyyətinizlə qürur duyur, bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

Allah Sizə yar olsun.

Hörmətlə,

Əliyev Asif Camal oğlu

Şükürova Ofelya Mürsəl qızı

Axundov Sadıx Unbay oğlu

İsayeva Nəzakət Qubad qızı

Cümşüdova Zəhra Cənnət qızı

Laçınlı mədəniyyət işçiləri

Azərbaycan Respublikası, Ağcabədi rayonu.