Laçınlı şəhid ailələrindən, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Qarabağ uğrunda gedən haqq savaşımız Sizin uğurlu daxili və xarici siyasətiniz, diplomatik bacarıqlarınız, eləcə də yenilməz, rəşadətli və müzəffər Ordumuz sayəsində şanlı zəfərlə, tarixi qələbəmizlə başa çatdı.
Azərbaycan xalqına yaşatdığınız bu sevincə, baş ucalığına görə Sizə minnətdarıq. Bizim birliyimizin təntənəsi olan bu böyük qələbə əzmkarlığınızın, dönməz siyasi iradənizin, bütün təzyiqlərə mərd-mərdanə sinə gərib onları dəf etməyinizin təcəssümüdür.
Biz qürurluyuq! Biz Sizinlə fəxr edirik! 30 illik həsrətə son qoyub, müqəddəs torpaqlarımızı mənfur düşməndən azad etdiniz. Siz Azərbaycan xalqının haqqını geri qazandırdınız.
Bu gün doğma Laçınımızda bayrağımız dalğalanır. Bu, şərəfli tarixdir. Sizin uğurlu siyasətinizi daim dəstəkləyir və Sizə dua edirik.
Bizə qarşı göstərdiyiniz diqqəti sosial rifahımızın yaxşılaşması üçün gördüyünüz tədbirləri yüksək qiymətləndiririk. Siz Prezidentimiz olduğunuz müddətdə qələbə Azərbaycanladır!
Tanrı Sizi və rəşadətli Ordumuzu qorusun. Şəhid övladlarımıza rəhmət, qazilərimizə cansağlığı diləyirik.
Yaşasın müstəqil Azərbaycan!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Əliyev Heydər Əmiraslan oğlu
Nəcəfov Mehman Əmir oğlu
Şahvələdov Etibar Nəriman oğlu
Cabbarova Sahilə Bəhmən qızı
Əhmədov Mamed İbiş oğlu
Rəhimov Gəray Fəttah oğlu
Abbasova Tünzalə Mayis qızı
Laçınlı şəhid ailələri
Azərbaycan Respublikası, Ağcabədi rayonu.