24 sentyabr 2022, 16:25

Laçın rayonunun ziyalılarından, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

Müzəffər Ordumuz Sizin - yenilməz Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində 30 illik erməni işğalına son qoyaraq torpaqlarımızı azad etdi. Bu Qələbə dövrümüzün böyük tarixi hadisəsi kimi bütün azərbaycanılarda yüksək sevinc və qürur hissi yaratmışdır.

İşğaldan azad edilmiş ərazilərimizdə dərhal quruculuq və bərpa işlərinə başlamaqla möhtəşəm infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində atdığınız qətiyyətli addımlar yorulmaz fəaliyyətinizin əyani göstəricisidir.

İşğaldan azad edilmiş rayonlara Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə mütəmadi səfərləriniz, həmin ərazilərdə aparılan işlərə şəxsən nəzarət etməyiniz hər birimizi ürəkdən sevindirməklə Sizə olan inam və rəğbətimizi daha da artırır.

Laçın şəhərinə səfəriniz zamanı üçrəngli dövlət bayrağımızı ucaltmağınız, rayonun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikinti işləri ilə bağlı vəsait ayrılması barədə imzaladığınız sərəncamlar bütün laçınlıların hədsiz sevincinə səbəb olmuşdur.

Ölkəmizin çiçəklənməsi naminə şərəfli fəaliyyətinizdən daim qürur duyan və ətrafınızda sıx birləşən laçınlılar onlara göstərilən diqqət və qayğıya görə Sizə dərin təşəkkürlərini bildirirlər.

Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Məhərrəmova Solmaz Səttar qızı

Məmiyev Səyyaf Qəni oğlu

Şahbazov Məhəmməd Şirin oğlu

Məmmədov Oktay Əli oğlu

Məmmədov Əmiraslan Xanlar oğlu

Laçın rayonunun ziyalıları

Azərbaycan Respublikası, Ağcabədi rayonu.