24 sentyabr 2022, 16:35

Bəhruz Tağıyevdən, Abşeron, Azərbaycan

Müzəffər Ali Baş Komandan.

Sizə uzun ömür, möhkəm cansağlığı, çətin və şərəfli fəaliyyətinizdə yeni uğurlar arzu edirəm.

Laçın rayonuna olan səfəriniz, rayonumuzla bağlı verdiyiniz tapşırıqlar bizi daha da qürurlandırdı. Mən özüm Sus kəndinin sakiniyəm. Sus kəndinin layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi məqsədilə dövlət büdcəsindən vəsait ayrılması barədə Sərəncamınız bizi çox sevindirdi. Əminik ki, kəndimiz də daxil olmaqla, işğaldan azad olunmuş bütün ərazilər yenidən qurulacaq, bərpa ediləcək, həm öz doğma sakinləri, həm də turistlər üçün gözəl məkana çevriləcəkdir.

Cənab Prezident, bir laçınlı olaraq Sizi dəstəkləyir, xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Tağıyev Bəhruz Nadir oğlu

Laçın rayonu Sus kəndinin sakini

Azərbaycan Respublikası, Abşeron rayonu.