26 sentyabr 2022, 12:46

Əmirxan Həsənlidən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən Sizinlə, apardığınız uğurlu xarici siyasətinizlə qürur duyur və Sizi səmimi qəlbdən dəstəkləyirəm. Sizin rəhbərliyinizlə Azərbaycan yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmiz həm daxili, həm də xarici siyasətdə mühüm uğurlara imza atıb.

Vətənimizin azadlığı, suverenliyi naminə atılan bütün addımları alqışlayıram.

Sizin də dediyiniz kimi, biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq və yaradacağıq.

Hörmətlə,

Həsənli Əmirxan Elçin oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu