26 sentyabr 2022, 12:15
Əli Yarıyevdən, Cəlilabad, Azərbaycan
Hörmətli cənab Prezident.
Siz Qələbəmizin müjdəçisi, Müzəffər Ordumuzun Müzəffər Komandanı oldunuz və Sizin sayənizdə Zəfər qazandıq.
Zəfəri qazanmaq asan olmadı və onu qorumaq da asan deyil. Çünki biz elə bir ölkə ilə qonşuyuq ki, hər zaman bir yolla təxribat törətməyə cəhd göstərirlər. Lakin layiqli cavab aldıqlarına görə istəklərinə nail olmurlar.
Siz güclü bir ölkənin uzaqgörən, güclü və müzəffər rəhbərisiniz. Sizə qəlbi Vətən eşqi ilə döyünən bütün azərbaycanlılar adından təşəkkür edir, işlərinizdə yeni uğurlar arzu edirik.
Çox sağ olun.
Hörmətlə,
Yarıyev Əli İlqar oğlu
Azərbaycan Respublikası, Cəlilabad rayonu.