26 sentyabr 2022, 14:50
Varaşil Məmmədovdan, Abşeron, Azərbaycan
Hörmətli cənab Prezident.
Azərbaycan xalqı, eləcə də laçınlılar üçün sentyabrın 21-i heç zaman unudulmayacaq tarixi gün kimi yadda qalacaq. Həmin gün Siz daim yüksəkliklərdə dalğalanan, qanımız və canımızdan əziz bildiyimiz üçrəngli bayrağımızı Laçın şəhərində ucaltdınız.
Tezliklə Laçın şəhərində həyat yenidən qaynayacaq və Sizin rəhbərliyinizlə görülən işlərlə dünyanın ən gözəl guşəsinə çevriləcək.
Bizləri bir daha sevindirdiniz. Abşeron rayonunda məskunlaşan laçınlılar adından Sizə dərin təşəkkürümüzü bildiririk. Laçınlılar həmişə Sizinlədir.
Tanrı Sizi qorusun.
Hörmətlə,
Məmmədov Varaşil Calal oğlu
Azərbaycan Respublikası, Abşeron rayonu.