26 sentyabr 2022, 15:39

Mübariz Rüstəmovdan, Bərdə, Azərbaycan

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.

Sizi Laçın rayonunun təhsil işçiləri adından salamlayır, uzun sürən Qarabağ, Laçın həsrətimizə son qoyduğunuza görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Nisgilimiz Sizin komandanlığınızla sona çatdı, şanlı Vətən müharibəsi Qələbə ilə nəticələndi. Bu zəfər nəinki bizim, hətta gələcək nəsillərimizin qürur mənbəyi olacaq. Bu hissləri biz məcburi köçkünlərə yaşatdığınız üçün Sizə təşəkkür edirik.

İndi biz səbirsizliklə Laçınımıza qayıdacağımız günü gözləyirik. 2022-ci il sentyabrın 21-də qürur mənbəyimiz olan Azərbaycan Bayrağını yenidən Laçın şəhərində dalğalandırmağınız ürəyimizi fərəh hissi ilə doldurdu. Laçın şəhərində 2 nömrəli tam orta məktəbin və Zabux kəndində yeni məktəb binasının tikintisinə vəsait ayırmağınız bizim doğma torpaqlarımıza qayıdışımıza olan inamımızı bir daha artırdı.

Laçından olan təhsil işçiləri Sizin apardığınız daxili və xarici siyasəti bəyənir, Sizinlə fəxr edirik.

Yaşasın Azərbaycan xalqı!

Yaşasın Müzəffər Ali Baş Komandan!

Hörmətlə,

Mübariz Rüstəmov

Azərbaycan Respublikası, Bərdə rayonu.