26 sentyabr 2022, 16:30

Səriyyə Ağayeva və Allahverdi Əliyevdən, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Biz Laçın rayonunun Zabux və Sus kəndlərinin sakinləri adından Sizə salamlarımızı və ən xoş arzularımızı çatdırırıq.

Bu günlərdə Laçın şəhərinə etdiyiniz səfər zamanı Bayrağımızı ucaltmağınız hər bir laçınlı kimi, bizə də unudulmaz anlar yaşatdı. Bizim üçün həyatımızda bundan gözəl bir gün ola bilməz. Doğma Laçınımızda yüksələn bayrağımız, inşallah, əbədi olaraq dalğalanacaqdır.

Cənab Prezident, çox sağ olun, biz hər zaman Sizin yanınızdayıq. Sizin rəhbərliyinizlə xalqımızın gələcəkdə daha xoşbəxt həyat yaşayacağına inanırıq.

Ulu Tanrı Sizə yar olsun.

Hörmətlə,

Ağayeva Səriyyə Əjdər qızı

Əliyev Allahverdi Əşrəf oğlu

Laçın rayonu Zabux və Sus kəndlərinin sakinləri

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.