Samirə Həsənovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin müdrik siyasətiniz və qətiyyətiniz, rəşadətli ordumuzun şücaəti ilə qazanılan şanlı Qələbə tariximizə qızıl hərflərlə yazılmışdır. İşğaldan azad edilmiş torpaqların bərpası istiqamətində atdığınız məqsədyönlü və çoxşaxəli addımlar iqtisadi cəhətdən inkişaf edən Azərbaycanın daha da qüdrətlənməsinə yönəlmiş fədakar əməyinizin bariz nümunəsidir.
Cənab Prezident, Laçın rayonunun Zabux və Sus kəndlərinin məktəblərinin bərpası üçün verdiyiniz sərəncamlar biz laçınlıları fərəhləndirdi. Bu gözəl hissləri bizə yaşatdığınız üçün Sizə sonsuz təşəkkür edirik. Göstərdiyiniz bu diqqət və qayğıya görə Laçın rayonunun təhsil işçiləri adından Sizə minnətdarlığımı bildirirəm.
Ulu Tanrı Sizi, xalqımızı və dövlətimizi qorusun.
Hörmətlə,
Həsənova Samirə Rafiq qızı
Laçın rayon 32 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi.