27 sentyabr 2022, 18:00
Elşad Nuriyevdən, Sumqayıt, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizin komandanlığınızla 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfər xalqımıza unudulmaz tarixi anlar yaşatdı.
Bu yaxınlarda bizə daha bir sevinc və qürur hissi bəxş etdiniz, doğma Laçınımızda Azərbaycan Bayrağını ucaltdınız. Vətənimizin bir parçası olan Laçın torpaqlarını azadlığa qovuşdurduğunuz üçün Sizə sonsuz məhəbbətimizi ifadə edirik.
Cənab Prezident, xalqımız Sizin kimi Lideri olduğuna görə çox şanslıdır. Ulu Tanrı ölkəmizin daha da qüdrətlənməsi və xalqımızın xoşbəxtliyi üçün gördüyünüz işlərdə Sizə güc-qüvvət versin.
Allah Sizi və ölkəmizi qorusun.
Hörmətlə,
Nuriyev Elşad Abduləli oğlu
Azərbaycan Respublikası, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi.