27 sentyabr 2022, 16:50

Elgiz Rəhmanovdan, Yardımlı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin cəsarətiniz, qətiyyətli mövqeyiniz sayəsində bu gün Azərbaycan dünya dövlətləri arasında söz sahibinə çevrilib.

Biz çox xoşbəxt xalqıq ki, Sizin kimi bütün həyatını və fəaliyyətini dövlətinə, xalqına xidmət etməyi özünə borc bilən, güclü, bacarıqlı, qətiyyətli, beynəlxalq arenada sözünü deyən Prezidentimiz var.

Hörmətli Prezident, Sizin rəhbərliyinizlə müzəffər Ordumuz düşmənin başını əzərək ona layiqli yerini göstərmişdir.

Biz Sizinlə qürur duyuruq.

Hörmətlə,

Rəhmanov Elgiz Salamat oğlu

Azərbaycan Respublikası, Yardımlı rayonu.