Hüseyn Vəliyevdən, Yardımlı, Azərbaycan
Hörmətli cənab Prezident.
Siz Prezident kimi fəaliyyətə başladığınız gündən bu günə qədər müstəqil Azərbaycanımızın çiçəklənməsi üçün bütün sahələrdə Ulu Öndərimizin siyasi kursunu davam etdirir, ölkəmizin dünya miqyasında nüfuzunu artırırsınız.
Ümummilli Liderimiz tərəfindən xalqımızın ən çətin günlərində yaradılan Yeni Azərbaycan Partiyası (YAP) özünün inkişaf mərhələsinə çataraq aparıcı iqtidar partiyası kimi dünyada sülh carçısına çevrilmişdir. Heydər Əliyev zəkasının uca zirvəsi sayılan YAP dünənimizin, bu günümüzün partiyası kimi bizi gələcəyə aparan bir partiya olmuşdur.
Cənab Prezident, Sizin Yardımlı rayonuna üç tarixi səfəriniz olmuşdur. Bu səfərlərdən sonra Yardımlı rayonu sürətlə inkişaf edərək, öz simasını dəyişərək kiçik bir dağ şəhərini xatırladır. Sizin verdiyiniz göstərişlər əsasında rayonumuzda mühüm işlər görülür. Yardımlı-Perimbel-Çayüzlü kəndlərinə qaz xətti çəkilir. Buna görə Sizə kənd sakinləri adından minnətdarlığımı bildirirəm.
Möhtərəm Prezident, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərlə 30 illik işğala son qoyuldu və bu, Sizin müdrik siyasətiniz sayəsində mümkün oldu. Müharibə dövründə Azərbaycan xalqı Sizin ətrafınızda sıx birləşdi, birliyini, həmrəyliyini “Dəmir yumruq” kimi qoruyub saxladı.
“Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” devizinə qoşulan şəhidlərimizin qanı yerdə qalmadı, bu gün onların ruhu şaddır.
Cənab Prezident, Siz şəhid ailələrinin, qazilərin və veteranların həyat şəraitinin yaxşılaşdırılmasını ən ümdə vəzifə kimi qarşıya məqsəd qoymusunuz.
Avqust ayında keçirilən “Qisas əməliyyatı” bir daha göstərdi ki, Qələbəmiz Azərbaycanın hərbi və diplomatik sahələrdə növbəti uğurudur. İnanırıq ki, Sizin diplomatik məharətiniz və apardığınız uğurlu siyasət sayəsində zəfərlərimiz davamlı olacaq.
Möhtərəm cənab Prezident, bütün Yardımlı sakinləri Sizinlədir.
Allah Sizi və ölkəmizi qorusun.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Hörmətlə,
Vəliyev Hüseyn Əbülfəz oğlu
YAP Yardımlı rayon Çayüzü kənd təşkilatının sədri, Əmək veteranı
Azərbaycan Respublikası, Yardımlı rayonu, Çayüzü kəndi.