Gülnar Məmmədovadan, Sumqayıt, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sumqayıt şəhəri gündən-günə abadlaşır inkişaf edir, yeniləşərək müasir görkəm alır. Sumqayıtın inkişafında mədəniyyət quruculuğu xüsusi yer tutur. Sumqayıtda yeni muzeylər, mədəniyyət evləri, parklar, teatrlar yaradıldı. Bütün bunlar məhz Sizin və Mehriban xanımın Sumqayıt şəhərinin inkişafına göstərdiyiniz qayğının nəticəsində mümkün olmuşdur.
Cənab Prezident, həm Sizin, həm də Mehriban xanımın fəaliyyəti həmişə bizi ruhlandırır. Biz mədəniyyət işçiləri bu gün çalışırıq ki, vətənpərvər vətəndaşlar formalaşdıraq. Bir məsələni də xüsusi olaraq vurğulamaq istərdim. Mədəniyyət müəssisələrinin yenidən qurulmasında, onların müasir avadanlıqlarla təmin olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi xidmətləri olmuşdur.
Möhtərəm cənab Prezident, Azərbaycan mədəniyyətinin inkişafı naminə gördüyünüz işlərə, o cümlədən mədəniyyət işçilərinə göstərdiyiniz yüksək diqqətə görə Sizə və Mehriban xanıma sonsuz təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Sizə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Siz qüdrətli ölkənin qətiyyətli Liderisiniz.
Tanrı Sizi və ailənizi qorusun.
Hörmətlə,
Gülnar Məmmədova
Sumqayıt şəhər “Dostluq” mədəniyyət evinin direktoru
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.