28 sentyabr 2022, 13:55

Natiq Əlişovdan, Ağcabədi, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin möhkəm iradəniz, qətiyyətli mövqeyiniz, apardığınız daxili və xarici siyasətiniz doğma Azərbaycanımızı dünyaya qalib xalq kimi tanıtdı. Sizin Komandanlığınızla 44 günlük haqq savaşımız olan Vətən müharibəsində qazandığımız şanlı Qələbə ilə xalqımızın inamını özünə qaytardınız, uzun illər ərzində doğma yurdlarına qayıtmaq eşqi ilə yaşayan yüz minlərlə insanın arzusunu reallaşdırdınız. Bu Qələbə həm də Azərbaycan dövlətinin gücünü, Ordumuzun qüdrətini, xalqımızın sarsılmaz birliyini bütün dünyaya nümayiş etdirdi.

Sentyabrın 12-də mənfur düşmən tərəfindən törədilən genişmiqyaslı təxribatlar xalqımızın iradəsini sarsıda bilməz. Rəşadətli Ordumuz növbəti dəfə sarsıdıcı zərbə ilə düşməndən şəhidlərimizin qisasını aldı. Düşmənə təkrar xatırlatdı ki, yaddan çıxarmasınlar, "Dəmir yumruq” yerindədir.

Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün göstərdiyiniz qətiyyətə, əzmkarlığa, iradəyə görə Sizə qarabağlılar adından dərin minnətdarlığımı bildirirəm. Azərbaycanın parlaq gələcəyi, xalqımızın firavanlığı naminə çətin və şərəfli fəaliyyətinizdə Sizə yeni müvəffəqiyyətlər diləyirəm. Dövlətimizin yanında olmaqla yürütdüyünüz uğurlu daxili və xarici siyasəti hər zaman dəstəkləyirəm.

Hörmətlə,

Əlişov Natiq İbrahim oğlu

Azərbaycan Respublikası, Ağcabədi şəhəri.