28 sentyabr 2022, 18:46

Vaqif Behbudovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin uzaqgörən siyasətiniz, qətiyyətli addımlarınız 44 günlük Vətən müharibəsində əldə etdiyimiz böyük Zəfəri şərtləndirdi. Qələbəmizin simvoluna çevrilən “Dəmir yumruq”la xalqımızın birliyini nümayiş etdirdiniz.

Cənab Prezident, mənim atam Behbudov Vaqif Yusif oğlu Birinci Qarabağ müharibəsində Xocalının müdafiəsi zamanı şəhidlik zirvəsinə ucalmışdır. Torpaqlarımızın işğaldan azad olunması ilə bu gün mənim atam kimi, bütün şəhidlərin ruhu şaddır.

Sizin bilavasitə nəzarətinizlə ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara göstərilən dövlət qayğısı, onlarla bağlı həyata keçirilən sosial layihələr cəmiyyətimizdə böyük rəğbətlə və minnətdarlıqla qarşılanır. Bu diqqət və qayğıya görə şəhid ailəsi olaraq Sizə sonsuz təşəkkürümüzü bildiririk.

Allah Sizi qorusun.

Hörmətlə,

Behbudov Vaqif Vaqif oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi.