Samirə Bağırovadan, Bakı, Azərbaycan
Müzəffər Ali Baş Komandan.
Bu gün – sentyabrın 27-də xalqımız Anım Gününü qeyd edir, Vətən müharibəsində igidliklə döyüşmüş, ölkəmizin ərazi bütövlüyü naminə canını fəda etmiş şəhidlərimizə dərin ehtiramını bildirir.
Anım Günü bir tərəfdən hüznlü olsa da, digər tərəfdən qürurlu gündür. Ümumilikdə isə, bu gün yaddaşlardan silinməyəcək, tarix boyu yaşayacaq bir gündür. Vətən müharibəsinin başlanma gününü Anım Günü kimi təsis edib bizə yaşatdığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm.
Cənab Prezidentimiz, Siz Azərbaycan xalqının başını ucaltdınız, əyilmiş belini dikəltdiniz, sınmış qürurumuzu bərpa etdiniz. Siz xalqımızı özünüzlə bərabər zirvələrə qaldırdınız.
Azərbaycan Fatehi, Müzəffər Ali Baş Komandan, bu xalq Sizə tarix boyu minnətdar olacaqdır. Sizin adınız qızıl hərflərlə tariximizin ən şanlı səhifəsinə yazıldı.
Allah Sizi qorusun.
Hörmətlə,
Samirə Bağırova
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.