29 sentyabr 2022, 11:00

Nəbi Nəsirovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən təqaüddə olan polis əməkdaşı, Qarabağ müharibəsi veteranıyam. Hazırda bir neçə xəstəlikdən əziyyət çəkirəm, vaxtaşırı müalicə kursları qəbul edirəm. Bu yaxınlarda vəziyyətim ağırlaşdığı üçün müraciətim əsasında Daxili İşlər Nazirliyinin Hospitalında müalicə olundum və razı qaldım. Ehtiyac duyduğum dərmanlarla təmin edildim.

Hörmətli cənab Prezident, biz müharibə iştirakçıları və qazilər hər zaman Sizin döyüşkən əsgərlərinizik. Qayğımıza qaldığınıza görə Sizə sonsuz minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Nəsirov Nəbi,

Qarabağ müharibəsi veteranı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi.