03 oktyabr 2022, 12:02

Dilqəm Əliyevdən, Şəmkir, Azərbaycan

Müzəffər Ali Baş Komandan.

“Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin Şəmkir rayon filialının rəhbərliyi, üzvləri və bizi dəstəkləyən minlərlə şəmkirlilər adından bildirirəm ki, dünyamızın bu çətin durumunda Sizin apardığınız uğurlu daxili və xarici siyasəti, atdığınız hər bir məqsədyönlü addımı bəyənirik və hər zaman Sizin yanınızdayıq.

Eyni zamanda, bir müharibə veteranı kimi deyə bilərəm ki, Sizin tərəfinizdən şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına yüksək diqqət və qayğı göstərildiyinin şahidiyik. Bu amil xalqımıza güc verir, yetişməkdə olan gənc nəsildə vətənpərvərlik ruhunu yüksəldir, birliyimizi daha da möhkəmləndirir. Vətən üçün xidmət göstərmiş vətəndaşlara olan yüksək hörmət və ehtiram Vətənə məhəbbətdən irəli gəlir.

Ulu Tanrı hər zaman yolunuzu açıq etsin.

Hörmətlə,

Dilqəm Əliyev

“Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin Şəmkir rayon filialının sədri, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan mayor

Azərbaycan Respublikası, Şəmkir şəhəri.