03 oktyabr 2022, 14:30

Kənan Ələkbərzadədən, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Mən Vətən müharibəsində könüllü olaraq vuruşmuş, Füzuli, Xocavənd və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə yaralanmışam, III qrup əliləm. Sizin tərəfinizdən “Vətən uğrunda” medalı ilə təltif olunmuşam.

Cənab Prezident, Sizin rəhbərliyinizlə dövlətimizin qayğısı sayəsində mən evlə təmin olunmuşam. Çox sağ olun ki, biz qazilərə bu cür şərait yaratmısınız. Sizə qazilər adından dərin minnətdarlığımı bildirirəm. Vətən uğrunda vuruşmaq üçün hər an hazırıq və Sizi dəstəkləyirik.

Allah Sizi və ölkəmizi qorusun.

Hörmətlə,

Kənan Ələkbərzadə

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.