04 oktyabr 2022, 17:46
Lütfi Behnamdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən – Lütfi Behnam İdris oğlu İran İslam Respublikasının vətəndaşıyam, əslən azərbaycanlıyam, ailəliyəm, iki övladım var. Oğlum Daxili Qoşunların Şəki şəhərində yerləşən N saylı hərbi hissəsində müqəddəs əsgərlik borcunu yerinə yetirir.
Hörmətli cənab Prezident, yazıb Sizə bildirmək istəyirəm ki, mən bir əsgər atası olaraq, övladlarımıza göstərilən diqqət və qayğıya görə, həmçinin biz valideynlərə övladlarımızla görüş üçün yaradılan yüksək səviyyədə şəraitə görə, ilk növbədə, Sizə, həmçinin hərbi hissənin komandirlərinə dərin minnətdarlığımı bildirirəm.
Yaşasın Azərbaycan!
Əbədi dalğalansın Azərbaycan Bayrağı!
Hörmətlə,
Lütfi Behnam
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.