Zahid Sarıyevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun Sizin tərəfinizdən uğurla davam etdirilməsi nəticəsində dövlətimiz daha da güclənmiş, dünya miqyasında nüfuzu artmışdır. Bu gün Azərbaycan beynəlxalq aləmdə söz sahibi olan ölkələrdən birinə çevrilmişdir.
Cənab Prezident, Siz vətəndaşların sosial rifahının yaxşılaşmasını daim diqqətdə saxlayırsınız. Mən Birinci Qarabağ müharibəsinin iştirakçısıyam. Sizin xüsusilə şəhid ailələrinə, müharibə iştirakçılarına göstərdiyiniz diqqət və qayğı bizi çox sevindirir və ruhlandırır. Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik və ətrafınızda sıx birləşmişik.
Cənab Prezident, Sizə Ulu Tanrıdan uzun ömür, möhkəm cansağlığı arzulayır, dövlətimizin daha parlaq gələcəyi naminə fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.
Allah Sizi qorusun.
Hörmətlə,
Sarıyev Zahid Bəhrəm oğlu
Birinci Qarabağ müharibəsi iştirakçısı
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi.