05 oktyabr 2022, 14:41

Əbil Zeynalovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir müstəqil Azərbaycan dövləti bu gün Sizin rəhbərliyinizlə böyük uğurlar qazanmışdır və hazırda dünyada öz nüfuzu, mövqeyi ilə seçilir.

Sizin Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı imzaladığınız Sərəncam biz veteranlar tərəfindən böyük sevinclə qarşılandı. Ümummilli dəyərlərimizə olan yüksək ehtiramınıza görə Sizə təşəkkür edirik. Əminik ki, Sizin rəhbərliyinizlə doğma Azərbaycanımız daim yeni-yeni zəfərlər əldə edəcəkdir.

Sizə möhkəm cansağlığı, ölkəmizin inkişafı naminə yorulmaz fəaliyyətinizdə yeni nailiyyətlər arzulayırıq.

Allah Sizi və dövlətimizi qorusun.

Hörmətlə,

Zeynalov Əbil Cahangir oğlu

“Dəmir Yumruq” Vətən Müharibəsi Veteranlarına Dəstək İctimai Birliyinin sədri

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.