05 oktyabr 2022, 17:50

Akif Həmidovdan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Bizə - şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildirir, uzun ömür, möhkəm cansağlığı, işlərinizdə bol-bol müvəffəqiyyətlər arzulayıram.

Ümummilli liderimiz Heydər Əliyevin və Sizin Azərbaycana rəhbərliyiniz dövründə şəhid ailələrinin problemlərinin həlli diqqət mərkəzində saxlanılmış, onları narahat edən çətinliklərin aradan qaldırılması üçün lazımi işlər görülmüşdür. Şəhid ailələri ilə tez-tez görüşlər keçirilir, hər cür dəstək göstərilir.

Mən bir şəhid atası kimi bütün bunlara görə Sizə bir daha minnətdarlığımı bildirirəm. Yolunuz hər zaman açıq, qədəmləriniz mübarək olsun.

Hörmətlə,

Akif Həmidov

Şəhid atası

Azərbaycan Respublikası, Abşeron rayonu, Masazır kəndi.