Arif İsmayılovdan, Sumqayıt, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin rəhbərliyiniz və bilavasitə nəzarətinizlə ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara göstərilən dövlət qayğısı, onlarla bağlı həyata keçirilən sosial layihələr böyük rəğbətlə və minnətdarlıqla qarşılanır.
Mən şəhid atasıyam. Dövlətimiz tərəfindən bizə şamil edilən güzəşt və imtiyazlar, xüsusilə də mənzil, məişət şəraitimizin yaxşılaşdırılması sahəsində görülən məqsədyönlü işlər Sizin qayğıkeş, nümunəvi lider olduğunuzu bir daha sübut edir. Eyni zamanda, Sizin bilavasitə nəzarətinizlə vətəndaşların, o cümlədən şəhid ailələrinin sağlamlığına həssaslıqla yanaşılır. Belə ki, həyat yoldaşımın reabilitasiya mərkəzində müalicə olunmasına şərait yaradılmışdır. Bütün bunlara görə Sizə “çox sağ olun” deyirik.
Cənab Prezident, Azərbaycanın inkişafı naminə apardığınız siyasətdə Allah Sizə yar olsun.
Hörmətlə,
İsmayılov Arif Məmməd oğlu
Vətən müharibəsi şəhidinin atası
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.