06 oktyabr 2022, 15:10

Çingiz Muradlıdan, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident.

Hər zaman olduğu kimi, Azərbaycan müəlliminin əməyinə verdiyiniz dəyərə görə Sizə səmimi qəlbdən təşəkkür edirəm.

Mən də bir fədakar müəllim olaraq Sizin 2022-ci il 4 oktyabr tarixli sərəncamınızla "Əməkdar müəllim" adına layıq görülmüşəm. 22 illik pedaqoji fəaliyyətimə verdiyiniz bu dəyəri bütün İsmayıllı təhsilinə verdiyiniz dəyər kimi qəbul edirəm.

Məni layiq gördüyünüz yüksək mükafata görə Sizə minnətdaram.

Hörmətlə,

Muradlı Çingiz Məzahir oğlu

Əməkdar müəllim

Azərbaycan Respublikası, İsmayıllı şəhəri.