06 oktyabr 2022, 19:00

Tanrıverdi Orxandan, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizə minnətdarlıq etməyi özümə borc bildim. Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımız Sizin apardığınız uğurlu siyasət nəticəsində düşmən tapdağından azad olundu. Şanlı Qələbədən sonra Azərbaycan bir daha güclü dövlət olduğunu bütün dünyaya sübut etdi.

Cənab Prezident, biz Sizin ətrafınızda sıx birləşərək düşmənə qarşı hər zaman mübarizə aparmağa hazırıq.

Uca Tanrı Sizi qorusun.

Hörmətlə,

Tanrıverdi Orxan Qanboy oğlu

Azərbaycan Respublikası, Tərtər şəhəri.