07 oktyabr 2022, 11:00

Namiq Yariyev və başqalarından, Cəlilabad, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Biz – Cəlilabad sakinləri Sizi ürəkdən salamlayırıq. Tutduğunuz çətin və şərəfli yolda Uca Tanrı Sizin yar və yardımçınız olsun.

Bu gün bizim qəlbimiz fərəh hissi ilə döyünür. Niyə də döyünməsin axı... Uzun illər həsrətini çəkdiyimiz torpaqlarımıza qovuşmuşuq, qalib xalqa çevrilmişik. İnsanların üzündə təbəssüm oyatmaq həyatda ən xoş əməllərdən biri, bəlkə də birincisidir. Siz milyonların nəinki üzündə təbəssüm oyatdınız, qəlblərini fərəhləndirdiniz. Həyatımıza bəxtəvərlik çökmüşdür.

Cənab Prezident, Sizin sayənizdə bu gün ölkəmizdə ictimai-siyasi sabitlik, əmin-amanlıq çox yüksək səviyyədə qorunub saxlanılmaqdadır. Sabitlik olmayan yerdə iş görmək çətindir. Ona görə də bu sabitliyi, əmin-amanlığı uğurlarımızın açarı hesab edirik. Hazırkı dövrdə dünyanın bir çox ölkəsində baş verən qarşıdurmalara nəzər saldıqda, Azərbaycanda hökm sürən sabitliyin dəyərini daha yaxşı anlayırıq.

Tanrı Sizdən öz köməyini, güc-qüvvəti heç zaman əskik etməsin, cənab Prezident. Allahın amanında olasınız.

Hörmətlə,

Yariyev Namiq

Muradov Cavid

Əhmədov Nadir

Həsənli Ruslan

Şahbazov Asif

Abbasov İslam və başqaları (25 nəfər).

Azərbaycan Respublikası, Cəlilabad şəhəri.