07 oktyabr 2022, 12:10
Nəsib Quliyevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan ağır və dərin iqtisadi böhrandan çıxmış oldu. Ona görə də xalqımız Ulu Öndərin xatirəsini hər zaman əziz tutur. O, cismən bu gün bizimlə olmasa da, ruhən hər zaman bizimlə olacaq, qəlblərdə əbədi yaşayacaqdır.
Qürur hissi ilə demək istərdim ki, Azərbaycanın dünyada güclü dövlətə çevrilməsində Ulu Öndərin və Sizin müstəsna xidmətləriniz vardır. Qarabağ erməni işğalından azad olundu, xalqımız Zəfər çaldı. Allah şəhidlərimizə rəhmət eləsin.
Təşəkkürlər Sizə, cənab Prezident.
Hörmətlə,
Nəsib Quliyev
Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi.