Sabir Əliyevdən, Biləsuvar, Azərbaycan
Möhtərəm cənab Prezident.
Azərbaycan dövlətinin bütün sahələrdə daha da inkişaf etdiyini və möhkəmləndiyini, dünya ölkələri arasında nüfuzunun artdığını gördükcə böyük qürur hissi keçiririk. Çox sevinirik ki, bütün dünya bizi qalib ölkə, müzəffər xalq kimi tanıyır. Əldə etdiyimiz nailiyyətlər Sizin müdrik siyasətiniz, cəsarətiniz, qətiyyətiniz sayəsində mümkün olmuşdur.
Əziz Prezident, Sizin xalqımızın rifahının daha da yaxşılaşması üçün gördüyünüz işləri böyük minnətdarlıqla qarşılayırıq. Azərbaycanın tərəqqisi naminə atdığınız qətiyyətli addımlarda Sizə müvəffəqiyyətlər arzulayırıq. Sizin rəhbərliyinizlə ölkəmizin gələcəkdə bundan da böyük uğurlar qazanacağına inanırıq.
Ulu Tanrı Sizi pənahında saxlasın.
Biz fəxr edirik ki, azərbaycanlıyıq!
Hörmətlə,
Əliyev Sabir Şirnəli oğlu
Ehtiyatda olan hərbçi
Azərbaycan Respublikası, Biləsuvar rayonu, Xırmandalı kəndi.