08 oktyabr 2022, 11:01

Bəhram Aslanovdan, Kürdəmir, Azərbaycan

Müzəffər Ali Baş Komandan.

Biz gənclər çox xoşbəxtik ki, bu ölkədə dünyaya göz açmışıq. Azərbaycan Respublikası dünyaya günəş kimi doğan, sülh və tolerantlıq rəmzi olan bir ölkədir və çox şadıq ki, bu ölkənin də Sizin kimi Prezidenti var. Sizin apardığınız praqmatik və uğurlu siyasətlə qürur duyuruq.

Sizin Azərbaycan xalqına olan qayğınız nəticəsində ölkəmizdə işsizlik səviyyəsi dəfələrlə azalmışdır. Allahın izni ilə məcburi köçkünlərimiz işğaldan azad olunmuş torpaqlarımıza tezliklə qayıdarlar.

Allah Sizi hər zaman var eləsin, cənab Prezident.

Hörmətlə,

Bəhram Aslanov

Azərbaycan Respublikası, Kürdəmir şəhəri.