Raqif Məlikovdan, Şirvan, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Yürütdüyünüz uğurlu daxili və xarici siyasəti 44 günlük Vətən müharibəsinin iştirakçısı olaraq dəstəkləyirəm. Həm siyasi, həm də iqtisadi sahədə atılan düşünülmüş addımlar Azərbaycanı daha da irəliyə aparmış və dünyanın nüfuzlu ölkələrindən birinə çevirmişdir.
Cənab Prezident, Siz ərazi bütövlüyümüzü bərpa edən yeganə dövlət başçısı kimi Azərbaycan tarixinə düşdünüz. Bu gün həm ulu öndər Heydər Əliyevin, həm də şəhidlərimizin ruhları şaddır. Bu qürurlu tarixi bizə yaşatdığınız üçün Sizə sonsuz minnətdarıq.
Sizin bilavasitə nəzarətinizlə şəhid ailələrinə, müharibə iştirakçılarına xüsusi diqqət və qayğı göstərilir. Sizə təşəkkürümüzü bildiririk.
Allah Sizi və ölkəmizi qorusun.
Hörmətlə,
Məlikov Raqif Mehman oğlu
Vətən müharibəsi iştirakçısı
Azərbaycan Respublikası, Şirvan şəhəri.